Dünyaca məşhur müğənni Beyons Afrika toyuq restoranları şəbəkəsi olan Nando's-da təxminən 2000 funt-sterlinq xərcləyib.
OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri yazıb. Qeyd olunub ki, 41 yaşlı ifaçı Edinburqdakı konsertindən əvvəl komandasına toyuq əti yedizdirib. Müğənni ümumilikdə 1800 funt-sterlinqə 110 toyuq burger, 90 pitta və 9 toyuq budu sifariş edib.
Kafedə yemək sifariş etmək üçün ulduzun əsl adından istifadə edilib.
Qeyd edək ki, Beyons hazırda Renessans Dünya Turu çərçivəsində Böyük Britaniya şəhərlərində çıxış edir.