Digital
Digital

Nagehanla Leyla barışdı!

Nagehanla Leyla barışdı!

Uzun müddətdir küsülü olan influenserlər Nagehan Abdullayeva və Leyla Muradlı (Leilaland) barışıb. 

OLAY yazır ki, bununla bağlı bloger Arifə Məmmədova (Baylarsoylar) paylaşım edib. 

O, iki dostunu da bir araya gətirdiyini və barışdırdığını bildirib. Bu görüşdən videonu öz hekayələrində paylaşan Nagehanla Leyla da izləyicilərinə küsülülüyün bitdiyini söyləyib. 

Leyla paylaşımına “Dedi, kimsə küsülü qalmasın” sözlərini yazıb. 

Qeyd edək ki, soyuq münasibətləri olan blogerlərin qalmaqalına səbəb bənzər çəkilişi etmələri olmuşdu. Belə ki, eyni tərzdə tulumla kamera qarşısına keçən Nagehana Leyla üstüörtülü söz atmış, çəkiliş fikrini və “look”unu onda görü təkrarladığını iddia etmişdi. 

Daha sonra Abdullayeva Leylanın statuslarına ondan da əvvəl eyni tərzdə çəkilən fotosunu paylaşaraq cavab vermişdi. Bu dava bununla yekunlaşmamış Leylanın izləyicisinə cavab kimi yazdığı “İlk elədim söhbəti etmirəm, kimlərsə çox eyni sualı yazanda onda sübutla paylaşıram ki, yəni mən özüməm.

Kimsəni “copy” etməmişəm, etmərəmdə! Son söhbətə gələndə isə tək məni deyil, bir çoxunu “copy” edən barəsində söz vurursunuzsa, orada “ilk” söhbəti etmirdim, sadəcə bəzi özlərinə “prim kasmaq” istəyən, İG səviyyəsi aşağı olanların söhbəti “ilk” söhbətinə yozması mənim problemim deyildi. Sadəcə mənim etdiyim şəklin eynisini etməsi məni çox güldürdü, bu ilkdə deyildi və gülərək də əyləncəsinə paylaşmışdım. Yenə də əylandim mən, başqalarını bilmirəm” açıqlaması Nagehanı qəzəbləndirmişdi. 

O, “IG - instaqramın qısalmış versiyasıdır, o söz IQ-dü, “aşko””, - deyə, bildirmişdi.