Digital
Digital

İlonun tvitlərini hər kəs görəcək

İlonun tvitlərini hər kəs görəcək

Tvitterin sahibi İlon Mask öz paylaşımları ilə bağlı yeni qərar verib. 

OLAY yazır ki, o, tvitlərinə olan marağın aşağı düşməsindən narahat olaraq komandasına şəxsən müraciət edib

80 nəfərdən ibarət qrup Maskın tvitlərinin daha çox insana çata bilməsi üçün həll yolları axtarıb. Problemin həlli zamanı “Twitter” sistemində dəyişiklik edərək, Maskın bütün tvitlərini "yaşıl işıq” edən kod yazıb. Yəni artıq onun yazıları platformanın filtrlərindən yan keçərək hamıya görünəcək.

Bu bazar ertəsindən etibarən proqrama daxil olan istifadəçilər Maskı izləyib-izləməmələrindən asılı olmayaraq onun tvitləri ilə qarşılaşıblar. 

Mənbə: trilogy.news