Digital
Digital

Ölən qızının əlini buraxmayan ata…

Ölən qızının əlini buraxmayan ata…

Türkiyədə dağıntılar altında qalanların axtarışı davam etdirilir.

OLAY yazır ki, axtarış-xilasetmə işləri zamanı təsirli fotolar da lentə alınır. Həmin şəkillərdən biri də Kahramanmaraşda çəkilib.

Fotoda atanın dağıntılar altında qalaraq can vermiş 15 yaşlı qızının əlini buraxmadığı əks edilib.

Sözügedən görüntünü “Agence France-Presse” (AFP) beynəlxalq xəbər agentliyinin fotoqrafı lentə alıb. Bu şəkillər qısa zamanda sosial şəbəkədə ən çox paylaşılanlar arasında olaraq, dünya mediasında da yer alıb.