Özünü sosial media meneceri kimi təqdim edərək mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

OLAY yazır ki, araşdırmalarla müəyyən edilib ki, o, müxtəlif məkanlara sosial şəbəkələrdə reklam təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən ümumilikdə 16 379 manat pul vəsaiti ələ keçirib, daha sonra isə onlarla əlaqəni kəsib.

O, bu üsulla 13 nəfəri aldadıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.