“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, təqdimat mərasimində qəzada sağ qalan bələdçilər - Aydan Rəhimli və Zülfüqar Əsədov da iştirak edib.

Qeyd edək ki, markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Sözügedən layihə xeyriyyəyönümlüdür. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Əməkdaşımız Xəyal Vəlizadənin lentə aldığı fotoları təqdim edirik:

Dəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı - Fotolar Dəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı - Fotolar Dəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı - Fotolar Dəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı - Fotolar