Dəb
Dəb

Oxatan qadınları üçün stil tövsiyələri...

Oxatan qadınları üçün stil tövsiyələri...

Oxatan bürcü qadını yeniliyə açıq, cəsarətli, azadlığına önəm verəndir Bu xanımların stilləri və auraları da həmişə digərlərindən fərqlənir. Məsələn, Heyli Biberin oxatan enerjisi ilə neçə-neçə yeni trend yaratdığını bilirik. 

OLAY isə oxatan bürcü olan xanımlara stil tövsiyələri hazırlayıb...

Həmişə səyahət etməyi sevən oxatanlar üçün etnik detallar əhəmiyyət daşıyır. Buna görə də qarderobunuzda həmişə hansısa ölkəyə, millətə dair bir aksesuar, yaxud da libas olsun. Etnik toxunuşlar vazkeçilməzinizə çevrilsin. 

Rahat hərəkətinizi təmin edəcək geyimlər seçin. Oxatanlar həmişə hərəkətlidir, bir yerdə dayanmayan, enerji dolu xanımlar üçün də rahat geyimlər vacibdir. Ona görə şıqlıqla yanaşı bu detalı da görməzdən gəlməyin. Məsələn, ətək geyinirsinizsə, svitşörtlə kombinasiya edə bilərsiniz. 

Bohem aksesuarlara şans verin. Üzük kolleksiyasından, qolbaqlara, etnik boyunbağılardan  xalxallara qədər mənası olan aksesuarlar enerjinizi artıracaq. Stil səviyyənizi artırmaq üçün aksesuarlardan istifadə edin. 

Cəsarətli ayaqqabılarla fərqlənin. Söhbət cəsarətdən gedirsə, oxatan qadını bir addım önə çıxacaq. Siz də cəsur olub fərqli, rəngli və diqqət çəkən ayaqqabılardan istifadə edə bilərsiniz.