Dəb
Dəb

Şouya damğa vurdular

Şouya damğa vurdular

Çərşənbə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda məşhur moda brendi “Elie Saab”ın 45 illik yubileyinə həsr olunmuş möhtəşəm şousu keçirilib. 

OLAY yazır ki, tədbirdə uzun illər livanlı dizaynerlə əməkdaşlıq edən şou-biznes ulduzları bir araya gəlib və ən məşhur modellər podiuma çıxıblar. 

Elie Saabı təbrik etmək üçün gecəyə dünya şöhrətli ulduzlar Selin Dion, stilist Lau Roaç, Monika Belluççi, Rosie Huntington-Uhiteley, Halle Berry, Pippi Delevin və başqaları qatılıb. Brendin yubileyi üçün xüsusi olaraq yaradılmış yeni kutyur kolleksiyasının nümayişi Cennifer Lopez, Kamila Kabello və Selin Dionun çıxışları ilə müşayiət olunub. 

Bu gün 60 yaşlı Elie Saab gecə və gəlinlik paltarlarının ən məşhur dizaynerlərindən biridir, onun dizaynları tez-tez qırmızı xalçada ulduzlar tərəfindən geyinilir. O, 1980-ci ildə 18 yaşında Beyrutda moda evini açıb və 1997-ci ildə İtaliya Moda Həftəsində sərgilənmə şərəfinə nail olan ilk xarici dizayner olub.