Fotosessiya
Fotosessiya

Selin Dion “Avroviziya”da çıxış edəcək?

Selin Dion “Avroviziya”da çıxış edəcək?

Dünya şöhrətli müğənni Selin Dion yenidən səhnəyə qayıdır. 

OLAY yazır ki, 56 yaşlı sənətçi dünya musiqi səhnəsinə qayıtmağı və nüfuzlu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyi planlaşdırır. 

Dionun 1988-ci ildə qalib gəldiyi yarışma 2025-ci ilin mayında İsveçrədə keçiriləcək.

Təşkilatçılar hələ dəqiq cavab verməsələr də, onun iştirakının mümkünlüyünə işarə ediblər. 

“Biz əla şou təqdim edirik. Haqlısan, Selin Dion əfsanədir! Onu almağa çalışırıq? Bunu indi sizə deyə bilmərəm. Ona görə də bir az səbirli olmalısınız. Təxminən gələn may ayına qədər”, - deyə müsabiqənin prodüseri Moritz Stadler bildirib.

Xatırladaq ki, əzələ sərtliyi sindromu ilə üzləşən Selin Dion onlarla konsertini ləğv etmək məcburiyyətində qalıb. Onun “Avroviziya”da çıxışı ciddi xəstəliklə mübarizəsi fonunda karyerasının canlanmasının simvolu ola bilər.