Los-Ancelesdə Hollivud ulduzlarının qatıldığı illik “Art + Film Qala” mərasimi keçirilib.
OLAY yazır ki, dəbdəbəli gecə Los-Anceles Dairəsi İncəsənət Muzeyində avstraliyalı rəssam Baz Luhrmann və amerikalı rəssam Simons Linin yaradıcılığına həsr olunub.
Xeyriyyə aksiyası “Gucci” moda evi tərəfindən maliyyələşdirilən muzeyin fəaliyyəti üçün vəsait toplamaq məqsədi daşıyıb.
Yeri gəlmişkən, buna görə də ulduzların əksəriyyəti bu brenddən geyinib.