İtaliyanın mədəniyyət mərkəzi sayılan Florensiyada il ərzində 2 dəfə “Pitti Uomo” - Beynəlxalq Stil və Eleqantlıq sərgisi keçirilir. 

Dünyanın müxtəlif ölkələrindən kişilər üçün nəzərdə tutulan tanınmış brendlər və həmin brendləri təmsil edən səfirlər sərgidə iştirak edir. 4 gün ərzində keçirilən sərgi 100 min kvadrat metr ərazini əhatə edir. 

OLAY yazır ki, dünyanın müxtəlif ölkələrində tanınan centlmenlər, ənənəvi əl işi tikilişində kostyumlar hazırlayan sənətkar dərzilər, jurnalistlər və media mənsubları XVI əsrə aid “Fortezza da Basso” qəsrində toplaşır. Azərbaycanlı aparıcı dəb sərgisində

“Pitti Uomo”nun tarixi 1952-ci ildən başlayır. İtalyan aristokrat Covanni Battista Corcini Florensiyadakı iqamətgahında - Torridcani villasında dəb nümayişi təşkil edir. Bu məşhur jurnalistlər və əsl centelmen stilinə sadiq qalan iş adamlarının qatıldığı İtaliyanın ilk yüksək dəb nümayişi hesab olunur. 

Azərbaycanlı aparıcı dəb sərgisində

Pitti Uomo Təşkilat komitəsi və İtaliyanın Ticarət Agentliyinin rəsmi dəvəti əsasında Azərbaycanı sərgidə tanınmış teleaparıcı və spiker Ceyhun Əli təmsil edir.

Azərbaycanlı aparıcı dəb sərgisində104-cü dəfə təşkil edilən sərginin şüarlarından biri “#timelesselegance” - zamana tabe olmayan eleqantlıq adlanır.

Azərbaycanlı aparıcı dəb sərgisində

“Biz Sinyor Ceyhun Əlini Florensiyada həm də ona görə qarşılamağa şadıq ki, o, italyan stilini və eleqantlığını öz ölkəsində parlaq şəkildə təmsil edir”, - deyə təşkilat komitəsinin məlumatında bildirilir.  

Azərbaycanlı aparıcı dəb sərgisində Azərbaycanlı aparıcı dəb sərgisində Azərbaycanlı aparıcı dəb sərgisində Azərbaycanlı aparıcı dəb sərgisində