Şübhəsiz ki, Lil Nas İks ötən gecə ən xüsusi həssaslıqla Met Galaya hazırlaşan sənətçi idi.
OLAY yazır ki, gümüşü alt paltarı, üzündəki maska və bədənindəki daş-qaşdan başqa heç nə geyinməyən müğənni pişiyə bənzəmək istəyib.
24 yaşlı reper heyrətamiz bir pişiyə çevirilmək üçün boynunda və üzündə incə mirvari detalları ilə yanaşı, vücudunu gümüşü bədən boyası və parlaq süni almazlarla bəzəyib.
Ombasını göstərən alt paltarı ilə mirvaridən hazırlanmış incə kəmər taxan Lilin bu görüntüsü üçün 10 saatdan çox vaxt sərf olunub.
Dodaqlarını əhatə edən gümüşlər, mirvarilər və almazlarla tanınmaz halda olan İksin üstündə 5 min daş və 218 min 784 yuvarlar svarovski daşları olub. Onun imicini əfsanəvi makyaj ustası Pet Makqret hazırlayıb.
Burnunun altında ustalıqla yerləşdirilən bığlar, dırnaqları və tünd qara göz qələmi ilə işlənən ulduzun saçlarını Kori Moreno ərsəyə gətirib. Onun dırnaqlarını isə Temeka Cekson taxıb.