Məşhur ifaçı Coni (Cahid Hüseynli) kiber cinayətkarların qurbanı olub.

OLAY yazır ki, sənətçi instaqram hesabında paylaşım edərək teleqram kanalının sındırıldığını bildirib.

Coni deyib ki, kanalında onun adından pul yığılır: “Orada heç kimdən heç nə istəməmişəm. Kanalı silirəm. Ümumiyyətlə, bu yazılar sadəcə saxtadır. Mən heç vaxt heç kimdən pul istəməmişəm. Aldanmayın”.

Coniyə qarşı dələduzluq Coniyə qarşı dələduzluq