İsveçrədə yaşayan azərbaycanlı “Miss millenium” gözəli Validə Abbasova dünyaca məşhur dizayner Valentino Qaravani ilə bağlı paylaşım edib.

OLAY yazır ki, keçmiş model bir neçə gün əvvəl vəfat edən Qaravani ilə fotosunu paylaşıb.

“Şübhəsiz ki, o, sözün hər mənasında gözəl bir həyat yaşadı. Tanrının verdiyi xüsusi istedadla işıqla dolu bir həyat yaşadı. Bunu zövq, uçuş, formalar və çalarlarla ifadə olunan musiqi adlandırıram. Bütün bunların təməlində qırmızı, həyatın rəngi, ehtirasın rəngi və "Valentino"nun rəngi dayanır. Qırmızı - o qədər zəngin, o qədər dərin, alov kimi bir brend. O, yaradıcılığı, zərifliyi təcəssüm etdirən sənəti vasitəsilə neçə ürək qırdı və nə qədər xoşbəxtlik anı verdi. Valentino hisslər üçün və hisslər vasitəsilə yaratdı, istedadını heç vaxt öz yaradıcılığı üçün gizli saxlamadı. Alovlu bir brend yaratdı, amma özü heyrətamiz dərəcədə təmkinli qaldı - tələsmədən, mülayim və dərindən valehedici. İnanıram ki, o, p biri dünyada da belə olacaq”, - deyə, V. Abbasova vurğulayıb.

Azərbaycanlı model Valentino ilə fotosunu paylaşdı