“Anam Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.

OLAY yazır ki, bu sözləri teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

Sidqi 73 yaşlı valideyninin səhhətinin hazırkı vəziyyətinin ağır olduğunu bildirib:

“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”.

Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini söyləyib: 

“Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.

Lalə Şövkət hərəkət qabiliyyətini itirib