Xalq artisti Röya Ayxan bu ilin avqustunda itirdiyi Yaqub Nəcəfovla bağlı danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “İncə səhər”də açıqlama verib. O, süni intellektlə canlandırılan uşaqlıq illərindən gələn sualları cavablandırarkən bunları söyləyib:

“Atam bir müddət çox əziyyət çəkdi. Aparata qoşulmuşdu, dedilər ki, kimdənsə halallıq gözləyir. Anam gəldi atamın əlini sıxdı, orada bir şey baş verdi, qaçdım həkimləri çağırdım ki, oyandı. Dedilər, oyanmadı, sadəcə o onu gözləyirdi ki, illərlə incitdiyi qadın halallıq versin. O sevgini gördüm. Anam əlini-ayağını öpdü ki, ayıl, yenidən sənlə birgə yaşayaram, amma məni sevgisiz qoyub getmə”.