Aparıcı Amil Xəlilin qalmaqallı çıxışına görə "Space TV"nin yayımı dayandırılacaq.
OLAY yazır ki, bu barədə Audioviziual Şuradan bildirilib.
İclasda ən son, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.