Media
Media

Nura radiolardan şikayətçidir

Nura radiolardan şikayətçidir

Müğənni Nura Suri Azərbaycanda radioların fəaliyyətindən narazıdır.  

OLAY yazır ki, bu barədə sənətçi instaqram hesabında məlumat verib. Nura hesab edir ki, yerli dalğalarda mahnılara az yer verilir:

“Səhər evdən çıxırsan, maşında istəyirsən ki, mahnıya qulaq asasan. Amma radioda danışırlar. Qız, oğlan, efirə zəng vuran- hər kəs danışır. Nə qədər danışmaq olar? 

Efirə gedirsən, vəziyyət eynidir. Boş-boş danışmaqlar… Normal bir şeyi müzakirə edin. Bu nədir? Radioda mahnıya qulaq asarlar. Tıxacda oturursan, söhbətə qulaq asırsan”.