Media
Media

Omba sümüyü sınan Ajda necədir?

Omba sümüyü sınan Ajda necədir?

Ötən gün əməliyyat olunan Ajda Pekkandan xəbər var.

OLAY yazır ki, sənətçinin son sağlamlıq vəziyyəti ilə bağlı meneceri Oğuz Arınmış məlumat yayıb.

O, Ajdanın rəsmi instaqram hesabında “Dünən reallaşan əməliyyat uğurlu keçib. Ajda xanım çox yaxşıdır. Sevənlərinə sevgilərini çatdırır” açıqlamasını paylaşıb.

Qeyd edək ki, sənətçi evində baş verən qəza nəticəsində omba sümüyünü sındırıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.