“Ay millət, ay “tanınmışlar əhli”, “celebrities”! Heç olmasa əvvəlcə izləyin, ya qarışıqlı dostluqda olun ki, suallarınız bir balaca əsaslı olsun. Hə bir də kim olursunuz, olun - mən qarşılıqsız və ya şəxsən tanımadığım insanları izləmirəm. Vitni Hyustonsuz?”.
OLAY yazır ki, bu sözləri “Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubova instaqramda paylaşıb. Sənətçi ona “Bakıdasan?” sualını yazan şəxsin mesajını hekayə bölməsində yerləşdirib.
“Siz niyə hamınız mənə eyni sualı verirsiniz, ay “göy qaloçkalı” səhifəli idmançılar? Ay “follow” belə etməyib, bütün gün səhifəmdə yatanlar?! Bəsdirin də! Və bir də tanımadığınız insana siz deyə müraciət edin. Hamısı budur”, - deyə, Emiliya bildirib.