Media
Media

Toxuduqlarını uşaqlar üçün hədiyyə etdi

Toxuduqlarını uşaqlar üçün hədiyyə etdi

Türkiyənin ustad aktrisası Perran Kutman xeyirxah addımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi toxuduğu beret və şərfləri Silvan Taşpınar İbtidai məktəbinə hədiyyə edib.

Bu barədə Kutman instaqramda məlumat paylaşıb.

“Sevimli övladlarım, sığal çəkə bilmədiyim başınızı bu toxuduqlarım isitsin”, - deyə, aktrisa qeyd edib.