“Mǝrd düşmən daha hörmətlidir gözümdə, nəinki yaltaq dost. Çünki, yaltaqlığı bacaran insan hər cürə satqınlıq edər”.
OLAY yazır ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli instaqramda qeyd edib.
Yeni fotosunu izləyicilərlə bölüşən sənətçi fikirlərinə belə davam edib:
“Duz və şəkər tozu bir-birinə çox bənzəyir. İnsanlar da belədir. Dost seçərkən kimə güvəndiyinizə, kiminlə ailə sirlərinizi bölüşdüyünüzə diqqət edin. Çünki namərd dostlar sizi hər an arxadan vura bilər! Bir insanın canında xəbərçilik və satqınlıq varsa, hər alçaq işin öhtəsindən məharətlə gələr. Buna artıq şübhəm yoxdur. Günahı üstümə alaram, amma heç vaxt satqınlıq etmərəm. Daxilimdən gələn “asalet” sağ olsun!”.
Xatırladaq ki, Ülviyyə həmkarı Murad İsmayıl ilə evlidir. Cütlüyün iki övladı var.