Xalq artisti Könül Xasıyeva səhhəti ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi əməliyyatı üçün maddi yardıma ehtiyacı olduğunu vurğulayıb.
Xasıyeva instaqramda bu fikirləri qeyd edib:
“Sənətə gəldiyim ilk gündən, hər zaman ləyaqətlə yaşamağa çalışdım. Öncə ləyaqət, sonra sənət dedim. Kimsənin qəlbini qırmadım. Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. Ən əsası sizi sevərək, sevginizlə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm ki, dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastas verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var. Almaniyada olacaq əməliyyat üçün 150 min dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız. İnanıram ki, Azərbaycan musiqisini “Gecələr”siz, Kazımı da körpə canı ilə mənsiz tək qoymayacaqsınız. Buna o qədər inanıram ki...”.