Rusiyada “Ramil'” ləqəbi ilə məşhur olan müğənni Ramil Alimovun Krasnoyarskdakı konsertində ölüm hadisəsi baş verib.
OLAY yazır ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, konsert başlamışdan bir neçə dəqiqə sonra sənətçinin xanım fanatının halı pisləşib.
O, mühafizəçilər tərəfindən izdihamın içindən çıxarılıb. Hadisə yerinə təcili yardım gəlsə də, gənc pərəstişkarın həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qız səhnəyə çox yaxın dayandığından tüstüdən nəfəs ala bilməyib.
İddiaya görə, DJ bir neçə dəfə tüstü aparatının yanında dayanmağın təhlükəli olduğu barədə xəbərdarlıq edib.
O da bildirilir ki, sənətçi hadisənin fərqinə varmasa da, sosial şəbəkələrdə faciəyə münasibət bildirib. Amma tezliklə mesajları silib.