Media
Media

Ajda və Bülent gərginliyi səngimir

Ajda və Bülent gərginliyi səngimir

Türkiyənin iki məşhur siması Ajda Pekkan və Bülent Ersoy arasındakı gərginlik bitmir.

OLAY yazır ki, Ersoy Ajdanın “Kimisi səbirindən susar, kimisi hörmətindən, kimisi də sevgisindən susar”, - deyə, qeyd etdiyi paylaşımına cavab verib.

Bülent instaqramda bu fikirləri qeyd edib:

“Hər susqunluq hörmət, sevgi və ədəb deyil! Hər susan ədəbindən yox, bəzən günahkar olduğu üçün susar. Hər pisliyi et, sonra da mehriban və nəcib rolunu oyna”.

Xatırladaq ki, B. Ersoy “Söylemezsem olmaz” proqramına qoşularaq Pekkanla bağlı deyilən “Yaşına görə çox cavan görünür, ayaqları çox gözəldir” fikirlərinə “Ajdanın üst-üstə geyindiyi varikoz corablarını atam da geyinsə, ayaqları gözəl görünər”, - deyə, cavab vermişdi.

Onu da bildirək ki, iki sənətçi arasında çəkişmə məkanların birində Ajdanın Bülentə salam verməməsi ilə başlayıb.