Media
Media

Asya ilə Fuad barışıb?

Asya ilə Fuad barışıb?

İnfluenser Asya Aslanova boşanma ərəfəsində olduğu fotoqraf həyat yoldaşı Fuad İsmayılovla haqqında çıxan barışıq iddialarına aydınlıq gətirib.

OLAY yazır ki, bloger instaqramda ona ünvanlanan sualları cavablandırarkən izləyicilərdən biri “Yoldaşınızla barışdınız? Bir aradasınız?”, - deyə, soruşub.

Asya isə yayılan məlumatı təkzib edib:

“Xeyr, elə bir şey yoxdur. Əgər doğru olsaydı, ilk məndən açıqlama görərdiniz. Belə bir ehtimalın olacağını da düşünmürəm. Bu mövzu tamam bağlansa, çox sevinərəm”.

Xatırladaq ki, cütlüyün iki oğlu var.