Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov "Facebook" paylaşımında bir saata həyatdan gedəcəyini bildirib.
OLAY yazır ki, Ceyhun Əsgərovun müalicə aldığı Klinik Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, KTM sonuncu bu cür paylaşımından sonra ona bütün lazimi dəstəyi verib:
“Tam müalicə də olunub, sağalıb və sağlam şəkildə evinə göndərilib. Amma bu gün yenə eyni halın təkrarlandığının şahidi oluruq. Hazırkı vəziyyəti ilə bağlı xəbərimiz yoxdur, hardadır, heç onu da bilmirik”.