Bu günədək populyarlığından asılı olmayaq Azərbaycanı Avroviziyada mahnı müsabiqəsində təmsil edən sənətçiləri instaqram platforması rəsmən tanıyır.
Gənc ifaçılardan kimisi elə müsabiqə zamanı, kimisi isə yarışmadan sonra “qaloçka” alıb. Lakin builki təmsilçimiz Nadir Rüstəmlinin səhifəsi hələ də rəsmi şəkildə tanınmayıb.
Bu barədə OLAY-a açıqlama verən Nadir deyib ki, instaqramla əlaqəli problemə görə, “qaloçka” alması mümkün olmayıb:
“Avroviziya vaxtı instaqram hesabım məndə deyildi. Deleqasiya tərəfindən idarə olunurdu. Onlar da müraciət etmişdilər, amma nəsə problem var. Problemin nə olduğunu bilmirdik. Müsabiqədən qayıdandan sonra təkrar müraciət etdik. İndi xəbər gözləyirik. Ümumi olaraq bu platformada problem var. Artıq “Spotify”da dünya artisti kimi təsdiqlənmişəm. Yutubda da bu yaxınlarda təsdiqlənməliyik. İnstaqramdan isə xəbər gözləyirik”.