Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur. 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.
OLAY yazır ki, sayt 2010-cu il avqustun 16-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. “Qafqazinfo.az” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan başqa, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
“Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.