Media
Media

Prokuror Ağadadaş Ağayevin şərti məhkum edilməsini tələb etdi

Prokuror Ağadadaş Ağayevin şərti məhkum edilməsini tələb etdi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib

Prokuror bəyan edib ki, müttəhim müğənniyə verilmiş ittiham məhkəmə istintaqı ilə də təsdiqini tapıb.

Bu əsasla Ağadadaş Ağayevə xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunmalıdır. 

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib. 

Bir azdan başqa zalda insidentin digər iştirakçısı olan mühafizəçi Nurəddin Cəlilovun məhkəməsi başlayacaq. Cəlilov da xuliqanlıqda ittiham edilir. Həmin işdə Ağadadaş Ağayev zərərçəkmişdir. 

Qeyd edək ki, Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə notarial qaydada barışıq əldə edib.