Media
Media

Ağadadaş Ağayev cinayət işinə xitam verilməsini istəyib - Yenilənib

Ağadadaş Ağayev cinayət işinə xitam verilməsini istəyib - Yenilənib

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

OLAY yazır ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin məhkəməyə təqdim etdiyi ərizə elan olunub.

Ərizədə qeyd olunub ki, tərəflər arasında barışıq əldə edilib:

“Biz notariusda barışıq ərizəsi imzalamışıq. Mənə dəyən ziyan ödənilib. Qarşı tərəfdən şikayətim və tələbim yoxdur. Məhkəmə işinə xitam verilməsini xahiş edirəm”.

Daha sonra prosesdə şahidlər ifadə verib.

Məhkəmənin ifadəsi vacib olan şahidlər iştirak etmədiyi üçün təxirə salınması qərara alınıb.

Proses yanvarın 23-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.

Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.

Bu gün Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarılıb.

***

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axşam.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmə yanvarın 23-də davam etdiriləcək.