“Kaktus çiçəyi” tamaşası ilə teatr səhnəsinə qayıdan məşhur model və aktrisa Azra Akın evində kiçik qəza keçirib.
OLAY yazır ki, 43 yaşlı ulduz evdə yıxılaraq kürəyini zədələdiyi üçün tamaşalar ləğv edilib.
Bədii rəhbər Kamal Başarın onun zənglərinə cavab verdiyini deyən Akın "Onunla teatr sənətinin prinsiplərinə uyğun olaraq yollarımızı ayırdıq" deyib.
Akının meneceri isə məsələni belə şərh edib: "Bu, Kamal bəyin öz qərarıdır, amma Azra intizamsız aktrisa deyil!"
Qeyd edək ki, Azra Akın 2002-ci ildə dünya gözəllik müsabiqəsinin qalibi olub.