Media
Media

AzTV-də yeni təyinat!

AzTV-də yeni təyinat!

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman Azərbaycan” kanalına yeni rəhbər təyin olunub.

OLAY “Konkret.az”a istinadən yazır ki, kanala bundan sonra rejissor Zaur Zeynal rəhbərlik edəcək. “Mədəniyyət” kanalının rejissoru işləyən Z.Zeynal daha çox şou-biznes sahəsində tanınır.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin edilmişdi.