Media
Media

Alsun boşandığı ərinin vəkilinin yalanları üzə çıxardı

Alsun boşandığı ərinin vəkilinin yalanları üzə çıxardı

Rusiyalı müğənni Alsu boşandığı yəhudi milyarder əri Yan Abramovun vəkili Aleksandr Dobrovinskini qəsdən adını ləkələməkdə və boşanmasından özünü PR üçün istifadə etməkdə ittiham edib.

OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

“İnanıram ki, mənim adımı fəal şəkildə təbliğ edən hüquqşünas və onun müvəkkili mənim adımı ləkələmək üçün qəsdən müxtəlif nağıllar uydururlar”, - deyə Alsu “yalandır” heşteqini əlavə edərək vurğulayıb. 

Müğənni bildirib ki, Dobrovinski mətbuata yalan informasiya yaydığına görə məsuliyyətə cəlb olunacaq.

İfaçı həmçinin mediadan yalan məlumat yaymamağı xahiş edib. O, digər şeylərlə yanaşı, Britaniya məhkəməsində mülkün bölünməsi ilə bağlı iddia qaldırdığını və yeni sevgilisi olduğunu bildirən məqalələrin ekran görüntülərinidə paylaşıb. Müğənni daha əvvəl bu məlumatı təkzib etmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Alsu boşandığı əri Yan Abramovu Londonda bir neçə il əvvəl satdığı penthaus üçün pul tələb etməyi planlaşdırması haqda informasiyalar yayılıb. İddialara görə, müğənni İngiltərədən kənarda pul alıb və indi tam məbləğ üçün keçmiş ərini məhkəməyə vermək niyyətindədir. Eyni zamanda, mənzillər 8 milyon rubl satılıb və onların hazırkı dəyəri 15 milyon rubl olaraq qiymətləndirilir.

Bu xəbəri isə “Shot” teleqram kanalı müğənninin yalan adlandırdığı Aleksandr Dobrovinskinin şərhi ilə dərc edib. 

Xatırladaq ki, Alsu və Yan Abramovun boşanması mayın sonunda məlum olub. Səbəb, çoxlarının hesab etdiyi kimi, 46 yaşlı sahibkarın çoxsaylı xəyanətləri olub. Cütlüyün iki qız və bir oğlan övladı var.