Media
Media

Rafiq Həşimovla görüş keçirildi

Rafiq Həşimovla görüş keçirildi

ASAN könüllülərinin təşəbbüsü ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, Əməkdar artisti, ssenarist, diktor Rafiq Həşimovla görüş baş tutub.

OLAY yazır ki, görüşdə Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər iştirak edib.

Sual-cavab formatında davam edən görüşdə Rafiq Həşimov öz karyerası, inkişaf yolu və təcrübələrini gənclərlə bölüşmüşdür.

Sonda isə Rafiq Həşimov görüşün fəal iştirakçılarına kitab hədiyyə etmişdir.