Maykl Ceksonun ölümündən 17 il sonra pop musiqi əfsanəsinin faciəvi ölümü ilə bağlı rəsmi versiya yenidən müzakirəyə çıxarılıb.

OLAY yazır ki, tədqiqatçılar dəlilləri, ekspertiza nəticələrini və şahid ifadələrini analiz edərək belə qənaətə gəliblər ki, Maykl Cekson tibbi yardım çağırılan vaxta qədər artıq təxminən beş saat əvvəl həyatını itirmiş ola bilər.

Ssenariyə əsasən, ölümcül doza güclü cərrahi anestezik preparatın vurulduğu vaxt müğənni həkiminin otağındakı çarpayıda olub. Nəfəsi dayandıqdan sonra adam öldürmə ittihamı ilə məhkum edilərək Kaliforniya həbsxanasında iki il cəza çəkmiş Konrad Mürrey panik vəziyyətdə onu çarpayı üzərində ürək masajı etməyə çalışıb.

Ekspertlərin fikrincə, xəstənin artıq öldüyünü anlayan həkim köməkçisini çağıraraq cəsədi Ceksonun yataq otağına keçirib və orada hadisəni sanki xilas etmə cəhdi kimi göstərməyə çalışıb, yalnız bundan sonra təcili yardım çağırılıb.

Araşdırmada diqqət çəkən başqa bir detal isə dalğalanan pərdədir. Bu, pəncərənin açıq olduğunu göstərir. Ceksonun keçmiş tibb bacısının dediyinə görə, müğənni çox isti otaqlara üstünlük verdiyi üçün mütəxəssislər hesab edirlər ki, Mürrey vəziyyəti düzəltmək və xəstəni oyatmaq ümidi ilə pəncərəni açmış ola bilər.

17 il keçsə də, ölüm təfərrüatı bilinmir...