Media
Media

“Qardaşımın öldüyünü saytlardan öyrəndim”

“Qardaşımın öldüyünü saytlardan öyrəndim”

“Qardaşımın öldüyünü saytlardan öyrəndim. “Çingizin vəfatından xəbərim olmayıb. Dünən saat 11-12 arası jurnalistlərdən biri zəng elədi. Çingizin vəfatı ilə bağlı xəbərlər yayıldığını dedi və başsağlığı verdi. Mən inanmadım. Düşündüm ki, yalan xəbər ola bilər.  Ona da dedim ki, inanmıram, doğru xəbər ola bilməz. O, həmin xəbərin linkini mənə göndərdi”.

OLAY yazır ki, bunu news24.az-a açıqlamasında Səyavuş Aslanın oğlu Eldar Aslan deyib. O bildirib ki, Çingiz Aslanovun 1 həftədir morqda qalmasından xəbəri olmayıb:

“Ondan sonra dəqiqləşdirdim, bildim ki, Çingiz vəfat edib. Onun neçə vaxt morqda qaldığından ümumiyyətlə xəbərim olmayıb. Xəbəri alandan sonra Kübra Əliyeva, Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqına və Mədəniyyət Nazirliyinə dedilər. Hazırda nəşi məscidə gətrmişik. Saat 2-dən sonra torpağa tapşıracağıq. Qardaşım anamın yanında, Yasamal qəbristanlığında dəfn olunacaq”.