Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif sosial media hesabında adlarından dələduzluq edildiyini bildirib.
OLAY yazır ki, o, insanlara müraciət edərək hər kəsi diqqətli olmağa səsləyib:
“İstəmirəm kimisə aldatsınlar və adımdan pul yığsınlar. Əgər mən TikTok-da canlı açsam, üzümü göstərəcəyəm və danışacağam”.
Qeyd edək ki, meyxanaçı 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.