Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlunun adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə ifaçının övladı Yusifin səhifəsində paylaşılıb. Bildirilib ki, həm TikTok platformasında, həm də instaqramda azyaşlının adından saxta səhifələr açılıb və insanlar aldadılıb:
“Əziz izləyicilərim, instaqram səhifəmdən başqa hesabım yoxdur. Atamın bu vəziyyətindən istifadə edənlərə ar olsun. Harada görsəz, adımdan səhifə açılıb, şikayət edin. Çox xahiş edirik. Şikayət edək ki, insanları aldatmasınlar”.