Media
Media

“Uşaqlara “Dilənçi”, “Cındır” kimi adlar verilir”

“Uşaqlara “Dilənçi”, “Cındır” kimi adlar verilir”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqovanın açıqlaması müzakirə yaradıb.

OLAY yazır ki, S. Sadıqova APA-ya müsahibəsində qeyd edib ki, uşaqlara tövsiyə olunmayan adlar qoyulur:

“2014-cü ildə biz belə adları topladıq və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. Həmin adlar daha çox Sovet hökuməti dövründə qoyulurdu. Amma günü bu gün də, təəssüf ki, yenə bu kimi hallara rast gəlinir.

Yəni valideynlər tərəfindən “Dilənçi”, “Cındır” kimi adlar övladlarına verilir. Valideynlərlə söhbətlər zamanı onlara bu cür adlardan istifadənin gələcəkdə övladları üçün psixoloji problem yaradacağı izah edilir. Bilirsiniz, adlar milli kimliyi və azərbaycançılıq ideyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas məqamdır”.