Media
Media

Timatidən 7 milyon tələb olunur

Timatidən 7 milyon tələb olunur

“Ami-project” tikinti şirkəti reper Timatini məhkəməyə verib.

OLAY yazır ki, bu barədə “StarHit” məlumat yayıb. Bildirilir ki, onlar ifaçıdan 7 milyon rubla yaxın (təxminən, 185 min manat) pul tələb edirlər. Şirkət nümayəndələri iddia edirlər ki, musiqiçi təmir və tamamlama işləri faktına görə pulu vaxtında ödəməyib.

“Sifarişçi müqavilə üzrə görülən işlərə görə qismən pul ödəsə də hazırkı borc 2,4 milyon rubl, üstəgəl 4,4 milyon rubl cərimədir. Söhbət Yunusov Timur İldaroviçin obyektlərində sökülmə, montaj, təmir və tamamlama işlərindən gedir”, - deyə, məhkəmə bildirib.