Media
Media

Elcandan tiktokerləri dəvət edən universitetə təklif

Elcandan tiktokerləri dəvət edən universitetə təklif

Tiktokerlərin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşünə aktyor Elcan Rəsulov da münasibət bildirib.

OLAY yazır ki, sənətçi bununla bağlı feysbuk hesabından paylaşım edib.

O, universitetlərə tiktokerləri dəvət etməkdənsə, “KVN” komandası yaratmaq barədə təklifini bildirib:

“Tələbə Həmkarlar İttifaqları universitetə məşhurları dəvət etməkdənsə özünüzküləri məşhur edin. Niyə universitetlərin “KVN” komandalarını hazırlamırsınız? Yarışlara qoşulmursunuz? Bu sizə daha çox faydalı olar, nəinki özü hələ həyatda tam yer tuta bilməyən məşhurları (özüm də daxil olmaqla) dəvət edib, uşaqlarla mənasız söhbətlər etdirmək. Unutmayın ki, hal-hazırda ən yaxşı vəzifələrdə çalışan çoxlu köhnə “KVN”şiklər var. Onlar məhz universitetə komandalarında oynamaqla faydalı idilər. İndi də böyük bir komandalara rəhbərlik edirlər. Yenə də özünüz bilərsiniz”.

Qeyd edək ki, UNEC-də tiktokerlər Sabir Samiroğlu, Zaur İskəndərov və Nicat Şakirlinin tələbələrlə görüşünün təşkil edilməsi tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri onların təhsil müəssisəsindəki görüşünü düzgün hesab etməyib.