Tvitter təsdiqlənmiş hesablar üçün 3 fərqli rəng “quş” işarəsi təqdim edir.
OLAY yazır ki, bu barədə sözügedən platformanın yeni sahibi İlon Mask məlumat paylaşıb.
O bildirib ki, yeni sistem üzrə doğrulanmış hesablarda fiziki şəxslər üçün mavi, hökumət üçün boz, şirkətlər üçün isə qızılı işarə olacaq.