Media
Media

“Maşını üstümə sürməyə davam etdi”

“Maşını üstümə sürməyə davam etdi”

Aparıcı və aktrisa Turanə Hüseynlinin başına iş gəlib.

OLAY yazır ki, sənətçi İçərişəhərdə gəzdiyi zaman avtomobil onun üzərinə doğru sürərək ayağını əzib.

Bu barədə Turanə instaqramda paylaşdığı videoda məlumat verib.

“İçərişəhərdə avtomobil sürmə üsülları necə tənzimlənir, bilmirəm. Bayaq məni maşın vurdu. Təsəvvür edin, dar yoldur. Avtomobilin gəldiyini gördüm. Özümü divara sıxlaşdırdım ki, maşın keçə bilsin. Amma avtomobil üzərimə gəlməyə davam etdi və məni vurdu. Vurduqdan sonra mən əlimlə avtomobilə bərk zərbə endirdim. Bundan sonra sürücü ayılıb deyir ki, bağışlayın. Belə bir şey olar? Şokda qaldım. Əlim ağrıdı. Avtomobil dizimə vurdu. Birinci dəfə idi ki, belə bir hadisə ilə qarşılaşıram", - deyə, Turanə vurğulayıb.