İnfluenserlər Fərid Abdullayev və Nagehan Abdullayevanın başına iş gəlib.
OLAY yazır ki, cütlüyün kiçik övladı Yamaçın üstünə qaynar su tökülüb. Bu barədə bloger sosial media hesabında məlumat verib.
O söyləyib ki, insanlar onu uşağının başına gələn hadisəni reklam etməkdə günahlandırıb:
“Yaşadığımız zamanda pis hadisəni paylaşmaq istəmirdim, ancaq dostlarım paylaşıb deyə, üstübağlı mən də izləyicilərimlə bölüşdüm. Ancaq bu, reklam demək deyil! Xahiş edirəm, dostlar, özünüzə gəlin! Belə şeyin reklamı olar? Hansı ana uşağının başına gələn pis hadisədən reklam güdər? Dayəsi ilə bərabər olanda üstünə qaynar su tökülüb və yanıb.
Məcbur edirsiniz ki, adam belə şeyi dilinə gətirir! Mən heç olmadığım qədər güclü və yaxşıyam. Uşaqlarım üçün ayaq üstdəyəm və gülürəm. Yamaç da məndən, bizdən güc alır və 4 gündür yaxşıdır, artıq sağalma prosesi gedir. Yamaçı o qədər sevən var imiş ki... Bu qədər gözəl mesajlar və dualar alıram. Bu gün qurban kəsib, paylayacağam. Allah sevdiyi bəndəsini sınağa çəkər. Şükür bu günümüzə! Ölümdən başqa hər şeyə çarə var! İnşallah 1-2 günə hamımızın əhvalı düzələr!”.
Qeyd edək ki, cütlüyün Kumsal adlı bir qızları da var. Ötən günlərdə 1 yaşlı Yamaçın kiçik toyu və doğum günü keçirilmişdi.