Aparıcı İlahə Şıxlinskaya qızların geyimlərini tənqid edən həmkarı Rövşanə Ağasəfqızına cavab verib.
OLAY yazır ki, bununla bağlı o, feysbukda paylaşım edib.
“Buna baxsaz, ürəkdən güləcəksiniz. Aparıcı və psixoloq belə düşünürlər ki “oversize” geyinən qızlar psixoloqa müraciət etməlidir. Və onlar lezbiyandır. Amma küləkli havada qısa ətək geyinib, ondan yapışmaq tam normaldır, qızlar belə olmalıdır”, - deyə, Şıxlinskaya vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl R. Ağasəfqızı instaqramda yayımladığı videoda qızların qadınsayağı geyinmədiyini söyləmiş, onlara irad bildirmişdi. Həmin görüntülərdə isə aparıcının qısa libası diqqət çəkmişdi.