Ötən gün Xalq artisti Əbdül Mahmudovun ünvanına ağır ittihamlar səsləndirdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının sədri Şəfiqə Məmmədovanın səhhətində problem yaranıb.

Bu barədə sənətçi OLAY-a özü açıqlama verib. Rejissorun iddialarına cavab almaq istəsək də, aktrisa səhhətinin yaxşı olmadığını bildirib:

“Mən xəstəyəm. Heç halım yox idi. İndi baxıram ki, neçə nömrədən mənə zəng gəlib. Qrip olmuşam. Açıqlama sonraya qalsın, xahiş edirəm”.

Şəfiqə Məmmədovanın səhhəti yaxşı deyil

Qeyd edək ki, Ə. Mahmudov Qafqazinfo-ya açıqlamasında Ş. Məmmədovanın seçki olmadan özünü sədr elan etdiyini və onu qurultaya çagırmadığını, aktrisanın yenidən rəhbər seçilməsindən xəbərinin sonradan olduğunu deyib.

Şəfiqə Məmmədovanın səhhəti yaxşı deyil Şəfiqə Məmmədovanın səhhəti yaxşı deyil