Prezident İlham Əliyev Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.

OLAY yazır ki, Vaxtanq Kikabidzenin ölüm xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlət başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib.

Prezident Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verdi

“Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur”, - deyə, Prezident vurğulayıb.

V. Kikabidzenin Azərbaycanın böyük dostu olduğunu bildirən dövlət başçısı onun yaradıcılığının xalqımız tərəfindən hər zaman sevildiyini, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənildiyini qeyd edib.

Prezident Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verdi

İ. Əliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermiş görkəmli sənətkarın əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib.