Sabah 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Lal ev” kitabının müzakirəsi olacaq.
OLAY yazır ki, bu barədə kitabın müəllifi Nadir Yalçın məlumat verib. O bildirib ki, “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində ilin ilk müzakirəsi “Müasir hekayənin gənclər modeli" mövzusunda keçiriləcək.
Müzakirə AMEA-nın 4-cü mərtəbəsində, 465-ci otaqda təşkil ediləcək.