Açıq ürək əməliyyatı keçirən Əməkdar artist Vahid Əliyev bu gün evə buraxılıb.

OLAY yazır ki, bu barədə sənətçinin oğlu Ramil Əliyev APA-ya məlumat verib.

Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşıb: 

“Müalicəsi evdə davam edəcək. Bildiyiniz kimi, ağır əməliyyat keçirib. Amma artıq səhhətində yavaş-yavaş irəliləyiş hiss olunur”.

Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.

Əməkdar artist xəstəxanadan evə buraxıldı